23 nəfər Kerala ştatında, daha 3 nəfər isə Tamilnad ştatında həyatını itirib.
Daha iki nəfərin itkin düşdüyü hesab edilir.
Qeyd olunur ki, mövsümi musson yağışları bölgədə ciddi fəsadlara səbəb olub. Daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar bir neçə yaşayış məntəqəsinin ətraf aləmlə əlaqəsi tamamilə kəsilib.
Xilasetmə işlərinə hərbçilər cəlb edilib.
