Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-ın yenilənmiş milli müdafiə strategiyası 2022-ci ilin əvvəlində təqdim ediləcək - Pentaqon

    ABŞ-ın yenilənmiş milli müdafiə strategiyası 2022-ci ilin əvvəlində təqdim ediləcək - Pentaqon ABŞ-ın yenilənmiş milli müdafiə strategiyası təxminən gələn ilin əvvəlində təqdim ediləcək.
    Bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol deyib.
    K.Kol bildirib: "İndiki hədəfimiz milli müdafiə strategiyasını önümüzdəki aylar ərzində hazırlamaqdır. Növbəti ilin əvvəlində təqdim edəcəyimizə ümid edirik".
    Qeyd edək ki, bundan əvvəlki və ilk milli müdafiə strategiyası sənədi Respublikaçılar partiyasını təmsil edən sabiq prezident Donald Trampın administrasiyası tərəfindən hazırlanmışdı. ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Demokratlar partiyasını təmsil edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ