"Televisia" telekanalının verdiyi məlumata görə, qəza avtomobildə olan 8 meksikalının polislərdən qaçmağa çalışarkən baş verib.
Məlumata əsasən, meksikalıların olduğu avtomobil Del-Rio şəhərindən 50 kilometr şimalda yüksək sürətlə pikapa çırpılıb. Qəza nəticəsində avtomobildə olan 8 Meksika vətəndaşı ölüb.
