Sizin reklam burada
Sizin reklam burada
  • Yerevanda polis hökumət binasını əhatəyə alıb

    Yerevanda polis hökumət binasını əhatəyə alıb Yerevanda polis və xüsusi təyinatlılar hökumət binasını əhatəyə alıb.
    Erməni KİV-lərinin məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları hökumətin iclasının qarşısını almaq məqsədilə Nazirlər Kabinetinə giriş-çıxışı bağlayacağını elan edib.
    Bunun qarşısını almaq üçün binanın ətrafında polislər bir neçə sıradan ibarət mühafizə xətti yaradıb.
    Eyni zamanda etirazçılar Nazirlər Kabinetinin ətrafına toplaşmağa başlayıb.
    Qeyd edək ki, ötən gün Yerevanda minlərlə insan etiraz aksiyasına qatılmışdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ