"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 13-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 142 672 nəfər koronavirusa yoluxub, 5 055 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 7 553 182 ölənlərin isə 423 349 nəfərə çatıb.
Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
