Dövlət başçısı çıxışında Türkiyənin Aralıq dənizindəki karbohidrogen axtarışlarına da toxunub.
Türkiyəni bölgədəki fəaliyyətlərinə görə ittiham edənlərə Ərdoğanın cavabı belə olub:
"Bizə "Suriyada, Liviyada, İdlibdə nə işiniz var?”, deyirlər. Buralarda nə işimizin olduğunu çox qısa zamanda çox-çox yaxşı biləcəksiniz”.
Türkiyə prezidenti Aralıq dənizindəki karbohidrogen axtarışlarının Qara dənizdə də aparılacağını açıqlayıb: "Bu müjdəni xalqımıza vermək istəyirəm. "Fatih” qazma gəmisi mayın 29-da İstanbul boğazından keçərək, yeni axtarışlar üçün Qara dənizə açılacaq”.
