Sizin reklam burada
Sizin reklam burada
  • SEPAH ABŞ-a meydan oxudu: "VURACAĞIQ”

    SEPAH ABŞ-a meydan oxudu: "VURACAĞIQ” “İran hərbçiləri ölkənin təhlükəsizliyini təhdid edən ABŞ gəmilərini vuracaq”.
    Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami deyib.
    O bildirib ki, cavab gecikməyəcək. H.Salaminin sözlərinə görə, amerikalılar bir neçə dəfə bunun şahidi olublar.
    “ABŞ hərbi gəmiləri bizim hərbi və mülki gəmilərimizə təhlükə yaradacağı təqdirdə, dəniz qüvvələrinə onlara zərbə endirmək əmri vermişik”, – deyə SEPAH-ın komandanı vurğulayıb.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ gəmilərinə təhlükə yaradacaq İran silahlı gəmilərinin məhv edilməsi barədə hərbi dəniz qüvvələrinə təlimat verdiyini bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ