Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında deyib.
"ABŞ heç kimi dinləmir. Covid-19-a qarşı aparılan qlobal mübarizəni əngəlləyir. Yeganə həll yolu ABŞ-ın kütləvi cəzalandırma metoduna qarşı çıxmaqdır. Əxlaqi və praktik tədbirlərin icra edilməsi məcburidir”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, ötən gün İranda pandemiyadan ölənlərin sayı 1685 nəfərə çatıb. Ümumilikdə ölkə üzrə 21 min 638 nəfər virusun daşıyıcısıdır./axar.az
