Sizin reklam burada
Sizin reklam burada
  • Qaqarinin qələmi və avtoqrafı Fransada hərraca çıxarılıb

    Qaqarinin qələmi və avtoqrafı Fransada hərraca çıxarılıb Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin doldurma qələmi və öz əli ilə yazdığı sənəd Fransada "Cazo" hərrac evində satışa çıxarılıb.
    Lotun dəyəri 15-20 min avro təşkil edir. Sarı metal haşiyəli qara qələm raket formasında işlənib. Qələmin yuxarısında yazılıb: "СССР Сентябрь 1959". Y.Qaqarinin avtoqrafı sovet dənizçiləri və çay nəqliyyatı işçilərinə ünvanlanmış təbrik məktubudur.
    Daha bir lot isə kosmonavtın ölümündən 3 gün əvvəl - 24 mart 1968-ci ildə çəkilmiş 12 fotosundan ibarətdir. Dəyəri 5-7 min avro olan bu fotoların 11-i bundan əvvəl heç bir yerdə göstərilməyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ