Bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Lise Grande məlumat verib.
Lise Grande hücumun hansı silahlı birləşmə tərəfindən təşkil edildiyini bildirməyib. O deyib: "Hücum şok, dəhşətli və mənasızdır. Dinc insanların yaşadığı bölgələrə hücum vicdanını itirənlərin işidir. Bu vəziyyət beynəlxalq insan hüquqlarının açıq şəkildə pozuntusudur”.
