Sizin reklam burada
Sizin reklam burada
  • Ermənistan XİN rəhbəri: “Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq”

    Ermənistan XİN rəhbəri: “Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq” Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq. Bunu Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.
    “AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”, - deyə Z.Mnatsakanyan bildirib.
    Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ