Diş müalicəsi insan üçün həm sağlamlıq, həm də estetik baxımdan çox önəmlidir. Mən də öz dişlərimlə bağlı müalicə üçün “İmplant Servis” klinikasına müraciət etdim və burada Dr. Vidadi Quliyev tərəfindən müalicə olundum.
Dr. Vidadi Quliyev “İmplant Servis” stomatoloji klinikasının rəhbəri və həkim-implantoloqdur. Stomatologiya, diş implantasiyası və cərrahi stomatologiya sahələrində fəaliyyət göstərən doktor öz işinə böyük məsuliyyətlə yanaşması, peşəkarlığı və pasiyentlərə fərdi münasibəti ilə diqqət çəkir.
Müalicə prosesində göstərdiyi diqqət, səbr və peşəkarlıq məndə çox müsbət təəssürat yaratdı. Həkimin pasiyenti diqqətlə dinləməsi, onun narahatlığını nəzərə alması və müalicə zamanı rahatlığına xüsusi önəm verməsi mənim üçün çox dəyərli oldu.
Ən önəmlisi isə odur ki, müalicənin nəticəsindən çox razı qaldım. Müalicə zamanı özümü rahat və güvənli hiss etdim. Pasiyentə diqqətlə yanaşmaq, onu dinləmək və işinə vicdanla yanaşmaq hər həkimdə rast gəlinən xüsusiyyət deyil.
Bundan əlavə, Dr. Vidadi Quliyevin mənim dişimlə bağlı müalicəni təmənnasız həyata keçirməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu addımı yüksək qiymətləndirir və ona görə ayrıca təşəkkürümü bildirirəm.
Həkimlik yalnız peşəkar bilik və bacarıq deyil, eyni zamanda insanlara qayğı və yardım göstərmək məsuliyyətidir. Dr. Vidadi Quliyevin mənə göstərdiyi münasibət bu baxımdan yaddaşımda xoş iz buraxdı.
Mənə göstərdiyi yüksək səviyyəli xidmətə, diqqətə və etdiyi yaxşılığa görə Dr. Vidadi Quliyevə, həmçinin “İmplant Servis” klinikasının kollektivinə səmimi təşəkkürümü bildirirəm.
Əməyi keçən hər kəsə təşəkkür edirəm. Sizə işinizdə uğurlar, möhkəm cansağlığı və daha çox insana sağlam təbəssüm bəxş etməkdə nailiyyətlər arzulayıram!
Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist, "Mikayılla 5 gün" verilişin əməkdaşı
