Kitabxanadan bildirilib ki, “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgidə azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar təqdim olunur.
Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və uğurlu milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Ölkəmizdə yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayır, eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.
