Müəllifin "atributinfo.az"a verdiyi məluamta görə, kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanıb.
Onunda qeyd edək ki, kitaba ön sözü Xalq şairi Sabir Rüstəmxanlı yazıb.
"Zərdabi-Nəşr" MMC tərəfindən çap olunan kitabın redaktoru tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu, korrektorları Elmira İsmayılova və Tahir Ələkbərlidir.
Kitab şair, publisist, alim və iş adamı Məhəmməd Rəsuloğlunun maddi dəstəyi ilə çap edilib.
Bildirək ki, 44 günlük savaşdan sonra Elşad Barat qarşısına çox böyük vəzifə qoyaraq İkinci Qarabağ müharibəsində şəhid olan hər bir qəhrəmana aid şeir həsr edəcəyini açıqlamış, onların adını əbədiləşdirmək niyyəti ilə yola çıxmışdır.
P.S. Redaksiyamız müəllifi bu şərəfli, yaradıcı, Vətənpərvərlik missiyasınin məhsulu olan yeni kitabı münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır!
Bəradər Səməndərli
"Atributinfo.az"ın baş redaktoru
