Misal: Əvvəllər milis adlanan inzibatı orqanlar polis adlanmağa başlandı. Rayona rəhbərlik edən şəxsin əvvəllər birinci katib rayon komitəsinin birinci katibin səlahiyyətində idisə, sonra da o dəyişilib oldu İcra Hakimiyyəti. Beləliklə, forma dəyişsə də, amma məzmun dəyişmədi.
Hazırda bütün sahələrə, o cümlədən rayon ərazisində və Bakı şəhərində İcra hakimiyyətlərin funksiyaları əvvəlki kimi güclü deyil çünki, əvvəllər hər hansı rayona vəzifəli şəxs təyin ediləndə istər xadimə, istərsə də prokurorluq, polis rəisi, hərbi komissar, bunla əvvəlcədən icra başçısı ilə razılaşılırdı. Hazırda isə demək olar ki, bir sıra səlahiyyətlər icra başçısından alınmışdır. Hər nazirlik öz sahəsi üzrə rəhbərini təyin edir. Lakin insanlarda belə fikir formalaşmışdır ki, əvvəldən icra başçısı dedisə, qutardı. O, hər bir sahəyə rəhbərlik edir. Amma bu bele deyil çünki, adicə bir yerdə tikinti gedirsə, düzdü, o həmin tikinti icra başçının başçılıq elədiyi rayon ərazisində gedirsə, o, müdaxilə edir. Və həmin tikinti qanunsuz olursa, sökdürür. Amma aradan bir az keçmiş bir də görürsən ki, həmin tikinti davam edir, çünki gedib icra başçısını görübdür. Umiyyətlə, heç bir öhdəlikləri yoxdur icra başçılarının. Maddi nemetlər bolluğu yaranmasında, məhsul istehsalında heç bir məsuliyyəti yoxdur.
Əvvələr hər bir rayonun öz planları olurdu; üzümçülükdə, əkinçilikdə, taxılçılıqda, heyvandarlıqda, südçülükdə, maldarlıqda. Amma indi onlar bunların heç birinə cavabdehlik daşımırlar. Di gəl ki, hər hansı iş adamı bir iş qurursa, ona kömək etmək əvəzinə, maneələr yaradırlar. Sadəcə, bir yerde qanunsuz tikinti gedəndə deyir gələn olsa, de ki, başçının məlumatı var. Bu cür sistemlə idarə etmək düzgün deyil. Gözdən pərdə asmaq üçün, icra başçıları vətəndaşlarla görüş təşkil edir onların problemlərini dinləyir, lakin heç bir nəticə olmur. Heç bir problem həll edilmir. Buna görə də icra başçılarının səlahiyyətlərini ya tamamilə artırmaq lazımdır, yada ki, idarəetmə sistemində dəyişikliklər edilməlidir. Adi bir fakt; uşaqların bayram gündür, bir də görürsən başçı məktəbli uşağları yığır başına bir tədbir keçirdir, hərəsinin əlinə bir gül verir. Düzdür, bu da layiqli işdir amma, bu, başçının işi deyil, bu təhsil işçilərin işidir.
Ümumiyyətlə, belə götürəndə demək olar ki, başçıların heç bir xeyrimi deyim, ziyanımı deyim, əhalinin rifah halının yaxşılaşdırılmasında iş görülmür. Rayon icra başçılarının qarşılarına öhdəlik qoyulmalıdır ki, sən bu ay hansı yeni iş yerləri açdın, hansı yeni istehsal sahəsini açmısan və işsizləri ora cəlb etmisən.Və yuxarıdan da bunlara heç bir tələb olunmur. Buna görə də güclü islahata ehtiyac var.
Qiyam Ərşadoğlu
"Atributinfo.az"
