O, sadəcə bir partiya funksioneri deyildi, həm də inandığı yolun səssiz, amma möhkəm daşıyıcısı idi. Çətinliklərdən keçdi, geri çəkilmədi, son ana qədər mübariz qaldı. Elə xəstəliyi ilə də mücadilə apardı, təəssüf ki, onu yenə bilmədi. Belə insanlar az olur… və itkiləri çox ağır olur.
Kamil bəyin yoxluğu içimizdə dərin bir boşluq yaratdı. Onun səmimiyyəti, sədaqəti və möhkəm duruşu yaddaşımızdan silinməyəcək.
Çox kədərliyəm… Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Razi Nurullayev
Milli Cəbhə Partiyasının sədri, millət vəkili
