Sizin reklam burada
Sizin reklam burada
  • Biz qalib gəldik və bir tamaşaçı kimi razı qaldıq

    İltizam Yusifov,
    Vl çağırış MM deputatı,
    T.e.f. doktoru
    Əməkdar mühəndis

    Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçirildi. Qitə birinciliyində iştirak edən Azərbaycan milli komandası komanda hesabında 1-ci yeri tutdu.

    Biz qələbə qazandıq. Sözsüz ki, bizə elə qələbə yaraşır. Bəli, “Qalib xalq” həmişə qələbə eşqi ilə yaşamalıdır.

    Mən də Azərbaycanın idman ictimaiyyətini, komandanı, idmançı və məşqçilərimizi təbrik edir və onlara uğurlar arzalayıram.

    Biz qalib gəldik və bir tamaşaçı kimi razı qaldıq. Amma hesab edirəm ki, bəzi məqamlar var ki, mütləq bunlara diqqət etmək lazımdır. Mənim qətiyyən qələbəmizə hansısa kölgə salmaq niyyətim yoxdur. Amma bu sahədə gələcək fəaliyyətimiz, inkişafımız üçün bəzi düçüncə və təkliflərimi sizinlə bölüşməyi özümə borc bilirəm.

    Əsas narahatedici məqamlardan biri odur ki, biz həmişə güləş məkanı, güləş ölkəsi kimi tanındığımız halda komandamızın heyətinin komplektləşdirilməsində "legioner" faktoru hələ də davam edir. Bu əsasən də sərbəst güləş komandasında daha çox özünü göstərir. Mən qətiyyən digər millətlərin çıxışının əleyhinə deyiləm. Bütün azərbaycanlıların insanpərvərliyi və sözsüz ki, Dövlətimizin multukultural siyasəti bu gün bütün dünyaya örnəkdir.

    Biz artıq 35 ildir müstəqilik. Bəli müstəqilliyin ilk illərində “Legionerlik” stimullaşdırıcı fakt kimi idmançılarımızı gələbəyə motivə edə bilərdi. Lakin biz artıq çoxlu sayda uğurları olan idman ölkəsiyik. Bu rakursdan "legionerlik, "müvəqqəti milliləşmə" və onların qələbəsi bir qədər sönük görünür. Həsrətin, Qurbanın çıxışları və finaldakı qələbələri bizi daha çox sevindirdi. Onların hər çıxışları və qələbələri bizi həyəcandan yerimizdən oynadırdı.

    Nəticələrə nəzər yetirək:
    Yunan-Roma güləşi üzrə millinin 10 üzvündən cəmi 1 –legioner.
    Nəticə 2 qızıl, 3 bürünc . Hamısı yerli idmançılar.
    Sərbəst güləşi üzrə millinin 10 üzvündən 5- Legioner.
    Nəticə 3 qızıl, 1 gümüş –leqioner, 1 gümüş- yerli idmançı qazanıb.
    Qadın güləşi üzrə millinin 5 üzvündən 5-i də yerli idmançı.
    Nəticə 2 bürünc . Hamısı yerli idmançılar.

    Məsələ tək qələbədə deyil. Əsas məsələ bu qələbənin bizim gələcək fəaliyyətimizə, həyatımıza təsirində, güləş məktəblərinin yaranması, onların inkişafı, dünya səviyyəli güləşçilərin yetişməsi, gənclərimizin sağlam həyat tərzi və milli, dövlətçilik təəssübkeşli vətəndaşların yetişməsindəki roludur.

    Növbəti məqam odur ki, bizim yerli idmançılar yüngül çəki kateqoriyalarında uğur qazana bilirlər. 80 kg- dan yuxarı çəki kateqoriyalarda artıq leqionerlər sözünü deyir. Niyə belə? Yəni bizim cüssəli cavanlarımız yoxdurmu, yetişmirmi? Bəlkə bu elə millətin getdikcə cırlaşmasına bir işarədir? Bilmirəm və hətta inanmaq da istəmirəm. Amma düşünməyə dəyər.

    Digər bir məsələ Toğrul Əsgərovla bağlıdır. Toğrul mənim ən çox sevdiyim güləşçi olub. Olimpiya çempionudur. O, 2-ci dəfə Olimpiya çempionu olmalı idi. Təssüf ki, ola bilmədi və mən hesab edirəm ki, təqsir də özündədir. Burada narahatedici fakt odur ki, bizim 2-qat Olimpiya Çempionumuz yoxdur və bu barədə də düşünməyə dəyər.

    Bu gün Toğrul qadın yığma komandasına məşqçi kimi rəhbərlik edir. Mən bir az bunu qəbul edə bilmirəm. Mən Toğrul Əsgərovu bir cəngavər hesab edirəm. Onun idmanımıza xeyri daha çox ola bilər. Hesab edirəm ki, onun kimi bütün adlı-sanlı idmançılar mütləq hansısa vəzifə tutmaqla öz xidmətlərini legitimləşdirməməlidirlər. Onların vaxtındakı qələbələri bəs edir ki, həm tarixə düşsünlər və həm də öz xalqının yanında hörmət sahibi olsunlar.

    Əsas məsələ odur ki, bu cür idmançılar üçün məktəblər yaratmaq lazımdır ki, yığmanı güclü idmançılarla təmin etsinlər. Məsələn:

    “Toğrul Əsgərov –güləş məktəbi” Gəncədə
    “Firdovsi Umudov –güləş məktəbi” Qazaxda
    “Rövşən Umudov –güləş məktəbi” Şirvanda
    "Namiq Abdullayev-güləş məktəbi Bakıda
    "Fərid Mansurov- güləş məktəbi" Bakıda
    və s.

    Bu idman məktədləri bredləşdirilib, dövlət tərəfindən maliyyələşdirilərək diqqətdə saxlanılmalıdır. Yəni gələcək qələbələr üçün biz alt yapını formalaşdırmalıyıq.

    Avropa Çempionatında Dağıstanlı Abdulrəşid Sadullayevin (97 kg-sərbəst) çıxışı və qələbəsi hər kəsə zövq verdi. "Tank" ləqəbli 2 qat Olimpiya, 6-qat Dünya Çempionu, 6-qat Avropa Çempionu bütün görüşü təcrübəsindən istifadə edərək, rəqibin cəhd və səhvlərindən xal tutaraq, görüşün sonunda gözəl bir fənd işlədərək həm qələbəsi, həm də böyük idmançı, həqiqətən "Tank" olduğunu bir daha sübut etdi. Sözüm odur ki, Rusiyaya qoyulan sanksiya səbəbindən Parıs Olimpiadasında çıxışdan kənarda qalan 29 yaşlı idmançının Maxaçkalada " Sədullayev" güləş məktəbi artıq bir neçə ildir ki, fəaliyyət göstərir və artıq dünya səviyyəli medalçılar yetişdirir.(Спортивная Школа Олимпийского Резерва им. Абдулрашида Садуллаева).

    Bu gün qələbə qazandıq. Amma unutmamalıyıq ki, qarşıda daha çətin turnirlər var. Güləşdə Avropa Çempionatı nisbətən aşağı kateqoriyalı, ən azından 3-cü səviyyə yarışdır. Bu Çempionatda dünya gücləri- İran, Amerika, Kuba, Yaponiya və s. iştirak etmirlər. Bəzən də bir çox komandalar zədə baxımından öz idmançılarını qorumaq üçün Avropa Çempionatına göndərmirlər, güclərini daha prestijli Dünya və Olimpiya Çempionatına saxlayırlar.

    Bizim millətdə güləş idman növü alınır və hər zaman güclü idmançılarımız olub, bu gün də var və yenə olacaqdır. Yetər ki, bu sahədə İdman məktəblərini bərpa etmək və yenisini yaratmaq.

    Ju-Do da bizim millətin geninə düşür. Baxmayaraq ki, bu novü əsasən Yaponlara yaraşdırırlar. Lakin bizim də bu sahədə uğurlarımız var və yaxşı idmançılarımız yetişir. Görünür Yaponların Türklərlə eyni kökənli olması iddiası özünü burada göstərir. Onu deyim ki, bu gün Yapon Hökümətinin başçısı, Baş Nazir Sanae Takaiti özünün Uyğur Türkü kökənli olması ilə fəxr edir.

    Yiğmamızı bir daha təbrik edir və idmançılara uğurlar arzulayıram!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ