Rafiq bildirib ki, imtahana XI sinifdə hazırlaşmağa başlayıb. Onun sözlərinə görə, imtahan zamanı Azərbaycan dili fənni üzrə sualların cavablandırılması nisbətən daha çox vaxt aparıb.
Gələcək hədəflərindən danışan Rafiq qeyd edib ki, kompüter mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyir. O bildirib ki, bir-neçə il təhsilini Azərbaycanda alıb sonra xaricdə davam etdirməyi planlaşdırır.
Rafiq imtahana hazırlıq müddətində istirahətinə də vaxt ayırıb. Deyir ki, boş vaxtlarında dostları ilə futbol, bəzən isə kompüter oyunları oynayıb.
Qeyd edək ki, Rafiq Vəlizadə VII sinifdə respublika fənn olimpiadalarında fizika üzrə qızıl, IX sinifdə isə bürünc medal qazanıb.
