Gecədə hər iki bəstəkarın yaradıcılığından seçilmiş əsərlər səsləndirilib, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.
Proqramda Ramiz Mustafayevin “Mən neftçiyəm”, “Şamaxı”, “Gülüm yoxdur”, “Gözəllik nəğməsi” əsərləri, Zakir Bağırovun isə “Qara qız” və “Aygün” operasından parçalar səsləndirilib.
Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, həmçinin ifaçılar Rəvan Qaçayev, Mədinə Səlimova, Nəzakət Əliyeva, Ülkər Rüstəmova, Riyad Eyvazov və digərləri çıxış ediblər.
