Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

    Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu əlamətdar günün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

    Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm, kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Bunun üçün şəxsən və ya onlayn formada Agentliyə müraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Agentliyə gəlmədən Elektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçün müvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.

    2025-ci ildə 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquq sahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdan keçirilib. Elektron qaydada qeydiyyatdan keçirilmiş əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı 43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197), elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75), mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və ifaların sayı 37 olub.

    Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

    Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

    Agentlik tərəfindən keçirilən və 10 ildir ki, ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yeniləşən konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur. Eyni zamanda, Agentlik erməni saxtakarlıqlarının ifşasına dair 2016-cı ildən başlayaraq “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşürlər nəşr etdirir.

    İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. Aprelin 23-ü, eyni zamanda, dünya ədəbiyyatında rəmzi tarixdir - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ