Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olundu, həmçinin, sərgidən seçilən 19 əsərin müəllifinə hədiyyə təqdim olundu və əsərləri qaytarılmadı və həmin əsərlər Xətai Uşaq Sənəti Qalereyasında sərgilənmək və hansısa mədəni tədbirdə istifadə olunmaq üçün qalereyanın kolleksiyasına daxil edildi.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir .
Tədbirin dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.
Sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuşdur və 600-ə yaxın əsər sərgilənmək üçün seçilmişdir.
“Baharın rəngləri” sərgisi Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et! şüarı altında keçirilən “Qış nağılı” sərgisindən sönra ikinci tədbirdir və yay və payız tədbirlərimizdə nəzərdə tutulmuşdur.
Tədbirin gənc nəslin təbiətə baxışına xidmət edəcəyinə inanırıq!
Hüseynbala Həsəm
