Sizin reklam burada
Sizin reklam burada
  • Tam bir il əvvəl ümidlərin çox az olduğu bir yola çıxdıq…

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
    Azərbaycanın ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili

    Anadangəlmə ürək qüsurundan ötrü geçikmiş, illər ərzində ürəyin genişlənməsi, funksiyasının zəifləməsi və mitral qapağın ciddi çatışmazlığı ilə mübarizə aparan Əsli balamıza cərrahi müdaxilə etdik. Bu, həm tibbi, həm də mənəvi baxımdan çox məsuliyyətli və həssas bir qərar idi.

    Bu gün isə böyük sevinc hissi ilə deyə bilərik ki, aparılan son müayinələrdə ürəyin həm qapaq problemləri, həm də struktur qüsurları tam aradan qalxmışdır. Daha da önəmlisi, balamızın klinik vəziyyəti möhtəşəmdir. Ailəsinin sözlərinə görə, o, artıq bir dəqiqə belə yerində dayanmayan, həyat dolu, enerjili və şən bir uşaqdır.
    Bu gün o, mənimlə birlikdə çəkdirdiyi şəkli paylaşmamı istədi. Bu, bizim üçün ən böyük mükafatdır.

    Bütün balalarımıza xəstəliklərdən uzaq, sağlam bir həyat arzulayırıq. Əgər bir problem yaranarsa belə, onun həllinin mümkün olmasını və hər bir vətəndaşın öz ölkəsində, öz həkiminə güvənərək bu problemləri həll edə bilməsini arzu edirik.
    Hər birinizə sağlamlıq, xeyirli və uğurlu günlər diləyirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ