ilahiyyatçı alim, millət vəkili
"Dəyərli gənclər tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki bu tövsiyələr də sizin üçün faydalı və maraqlı olacaq:
1. Daima üzərinizdə işləyin, bilik və təcrübənizi artırın, dünyagörüşünüzü və intellektual səviyyənizi zənginləşdirin.
2. Zahiri və xarici görünüşünüz qədər daxili gözəlliyinizə də önəm verin, onu çirkinləşməyə qoymayın.
3. Özünüzə tənqidi yanaşmağı bacarın, hər zaman günahı başqalarında axtaran, özünü hamıdan ağıllı hesab edənlərdən olmayın.
4. Heç zaman asan yolla, başqalarını tənqid və təhqir edərək uğur qazanmağa və məşhurlaşmağa çalışmayın.
5. Heç zaman dürüstlüyünüzü, təmizliyinizi, təvazökarlığınızı, vicdan və insafınızı heç nəyə qurban verməyin.
6. Nadan və cahil insanlara heç zaman baş qoşmayın, unutmayın ki bar gətirən ağaca daş atan çox olar.
7. Doğruluğuna tam əmin olduğunuz yolda yeriməkdən çəkinməyin, sizi bu yoldan çəkindirmək istəyənlərə çox da fikir verməyin.
8. Heç zaman çətinlikdən qorxmayın, onların üzərinə gedin. Asan həyat tərzinə meyl göstərməyin.
9. Heç zaman sevginizi, mərhəmət və ədalətinizi insanlardan əskik etməyin. Onlara qarşı qayğıkeş olun.
10. “Bu dünya beş günlükdür. Nə qədər ki, varsan, kef elə” deyənlərə çox da fikir verməyin. Dünya 5 günlük olsa da hesabının çox ağır olduğunu unutmayın."
"Atributinfo.az"
