Sizin reklam burada
Sizin reklam burada
  • Təbiətin iliq nəfəsinin sevinc payı...

    Hara baxırsan ilahi bir gözəllik qəlbinə hakim kəsilir. Bu da səbəbsiz deyildir. Axı, mürgüləyən təbiəti can gətirən əziz və müqəddəs bildiyimiz Novruz öz qədəmləri ilə bizlərə Baharlı günləri gətirir. Yenə də ruhumuz baram ovqatına köklənir. Ölkəmizin hər yerində olduğu ki, Astara Pedaqoji Kollecin tələbələri, müəllim kollektivi də Baharın pişvazına ürəklə çıxırlar. Bunu təhsil ocağın həyatına toplaşan, milli geyimləri güllərdən olanların çöhrələrdəki təbəssüm göstərir...
    Tədbirin başlanğıcında Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılır və Dövlət Himini səslənir.
    Təbrik nitqi ilə çıxış edən kollecin direktoru, professor Kamran Kazımov deyir:- Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə yaşadan, dünyaya tanıtdıran qədim el bayramıdır. Böyük keçmişə malik bu bayram həm də uluların bizə töhfəsi, onlardan qalan müqəddəs mirasdır. Tarixən milli düşüncə tərzinin, məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də bəşər övladını işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Həmçinin sülh, əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət, diqqət göstərməsi kimi sağlam təməllər yaradan bayramdır.
    Natiq daha sonra bildirir:- Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Xalqın milli adət-ənənələrinə, o cümlədən Novruz bayramına yüksək qiymət verən dahi şəxsiyyət
    demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
    Novruzu bizə məxsus milli-mənəvi dəyərlərin təcəssümü adlandıran, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməyən Ulu Öndərin ən layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər il bayram şənliklərinə qatılması, azadlığa qovuşan torpaqlarda tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqlımızın dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşməyin sübutdur.
    Digər natiqlər- Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdilər, eləcə vurğuladılar ki, odlar yurdu Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi əziz bayram günlərində bir daha ehtiramla yad olunur. Bu da müasir gənclərin vətənpərvər ruhunda böyüməsi üçün gözəl nümunədir.

    Tədbirin bədii hissəsində tələbələrin ifasında mahnı və rəqslərdən ibarət rəngarəng konsert proqramı, Novruza aid sərgi, müəllimlər arasında şəkərbura bəzədilməsi üzrə yarış, Bahar qızının, Kosa və Keçəlin maraqlı çıxışları, qalanan tonqalın ətrafında yallı getməsi bayram şənliyinə özgə bir zövq gətirir, iştirakçılar arasında unudulmaz xatirələr yaradır.

    Bayram ərəfəsində kollecin ictimai həyatında fəal iştirakına örə fərqlənən tələbələr təltif olunurlar.

    Zəfər Orucoğlu,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ