Sizin reklam burada
Sizin reklam burada
  • Dədə Şəmşir yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib

    15 Mart 20-ci əsir Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Şərəf ordenli, şair Dədə Şəmşirin doğum günüdür. Ruhun şad olsun ustad.

    Bu gün Qarabağımız, Kəlbəcərmiz yazıb yaratdığın Ağdaban kəndi, Müzəffər Ali Baş Komandamızın rəhbərliyi və Qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərmizə can sağlığı versin.
    Dədə Şəmşir yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Həm Ulu öndər Heydər Əliyev, həmdə möhtərəm cənab prezident İlham Əliyev Şair Dədə Şəmşirin adının əbədiləşdirilməsi və yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıblar. İnşallah bundan sonrada yubileylərin keçirilməsi işğaldan azad olunmuş doğma Kəlbəcərmizdə davam etdiriləcəkdir.

    Könül, aşiqisən, dolan, yorulma,
    Hey başına, ayağına vətənin.
    Bu cənnətdən qeyri yana vurulma,
    İsin isti ocağına vətənin.

    Ata yolu saxlayarmı hər oğul?
    Öz yurdunun qurbanıdı nər oğul.
    O, bir ana, mən də ona bir oğul,
    Sığınmışam qucağına vətənin.

    Yoldan azan satqınlara uymaram,
    Gözəl yerin ləzzətindən doymaram;
    Yaxşılıqdan başqa bir söz qoymaram
    Gəlib çata qulağına vətənin.

    “Mərd ata – mərd oğul” – el misalıdı,
    İgidin ürəyi öz mahalıdı.
    Kişinin əzası qarışmalıdı
    Ölən günü torpağına vətənin!

    Qoy güllə xainin gözünə dəysin,
    Şəmşirin söz oxu üzünə dəysin.
    Daş atanın daşı özünə dəysin-
    Toxunmasın dırnağına vətənin.

    Bir daha ruhun şad olsun ustad!



    Aqil Məmmədov
    VI çağırış Milli Məclisin deputatı,
    Kəlbəcər Rayon Ağsaqqallar şurasının sədri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ