Bunu "atributinfo.az"a Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. Deputat əlavə edib ki, festivalda Milli Məclisin Aqrar Komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin vitse-spikeri Rəfail Hüseynov da iştirak edirdilər. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayonun müxtəlif qurumlarının rəhbərləri də tədbirə qatılmışdılar. Qeyd etməliyəm ki, festival çox möhtəşəm təşkil olunmuşdu və indiyə qədər gördüyüm ən böyük və ən geniş miqyaslı kənd təsərrüfatı festivallarından biri idi:
"Festival eyni zamanda Torpaq çərşənbəsinin və yaxınlaşan Novruz bayramının ənənələrini də yaşadırdı. Tədbirdə yüzlərlə sahibkar, təhsil ocaqları, sadə vətəndaşlar, idmançılar və şagirdlər iştirak edir, öz məhsullarını və fəaliyyətlərini nümayiş etdirirdilər. Bu isə həm kənd təsərrüfatına, həm də milli ənənələrimizin qorunmasına verilən önəmin gözəl nümunəsi idi."- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
