Sizin reklam burada
Sizin reklam burada
  • Təxliyə prosesi davam edir: Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub

    “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

    Bu gün saat 09:00-dan 12:00-dək 4 Azərbaycan vətəndaşı sərhədi keçərək təhlükəsiz şəkildə ölkə ərazisinə təxliyə olunub.

    Təxliyə edilən vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

    Hazırda sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ