Ömrünü sözə, ədəbiyyata və milli-mənəvi dəyərlərimizin yaşadılmasına həsr edən Maarif Həsənoğlu uzun illərdir ki, şeirləri, publisistik yazıları və kitabları ilə oxucuların rəğbətini qazanmışdır. Onun yaradıcılığında vətən sevgisi, insan taleyi, həyatın fəlsəfəsi və doğma yurdun ruhu xüsusi yer tutur.
Tovuz Xeyriyyə Cəmiyyəti adından hörmətli Maarif Həsənoğlunu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy qələmindən doğan söz işığı bundan sonra da oxuculara yol göstərsin, yeni-yeni əsərlərlə ədəbiyyatımızı zənginləşdirsin.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
