Sizin reklam burada
Sizin reklam burada
  • Mədəniyyət Nazirliyi yeni media layihəsini təqdim edəcək

    Aprelin 3-də Mədəniyyət Nazirliyi və “Yurd FM” radiosunun birgə təşkilatçılığı ilə “Mədəni yurdumuz” adlı veriliş ictimaiyyətə təqdim ediləcək.

    Nazirlikdən bildirilib ki, yeni layihədə müxtəlif tarixi dövrlərlə yanaşı, bu günün də mədəni dəyərlərindən bəhs ediləcək, ölkəmizin mədəni mühitində gedən proses və yeniliklər dinləyicilərin diqqətinə çatdırılacaq.

    Tamaşaçılar verilişi hər həftənin cümə axşamı saat 17:00-da “Yurd FM”-də dinləyə biləcəklər.

    Verilişdə, eyni zamanda, yaxın günlərdə nəzərdə tutulan mədəni tədbirlərin afişaları, maraqlı mədəniyyət xəbərləri və müsahibələr də təqdim ediləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ