Bu barədə Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Solo gənclik” layihəsi çərçivəsində reallaşan konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Aydan Əliyeva simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnılar yazır.
Layihənin keçirilməsində məqsəd musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
