Bu fikirləri ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi xarici tələbələrin yerli universitetlərimizdə təhsil almasına müsbət təsir göstərəcək: “Tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycan ilə bir neçə istiqamətdə, həmçinin təhsil sahəsində əməkdaşlıq etmək istəyəcəklər. Təhlükəsiz bir dövlətdə təhsil almaq istəyən xarici tələbələr üçün Azərbaycan universitetləri əlverişli bir seçim olacaq. Azərbaycan bir çox xarici tərəfdaşı ilə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində tələbə mübadiləsi həyata keçirəcək. Paralel olaraq Azərbaycan universitetləri və xarici dövlətlərin ali təhsil müəssisələri arasında ikili diplom proqramları genişlənəcək”.