Sizin reklam burada
Sizin reklam burada
  • İKİ ƏLAMƏTDAR HADİSƏ MÜNASİBƏTİLƏ TƏBRİK MƏTNİ...

    Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilmişdir! Respublikamızın görkəmli elm və ictimai xadimlərinin Mahirə Nağıqızı xanımın şəxsiyyəti, elmi və bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə, diləklərə, dualara biz də qoşulub, amin deyirik!
    Eyni zamanda bu gün böyük qayğıkeş Mahirə xanımın doğum günüdür!
    Hər iki əlamətdar hadisə münasibətilə- həm təntənəli yaradıcılıq gecəsi, həm də ad günü münasibətilə əziz Mahirə müəlliməmizi ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, olduqca mühüm fəaliyyətində uğurlar arzulayırıq.

    Alimuxtar Muxtarov
    Nizamişünas alim


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ