Sizin reklam burada
Sizin reklam burada
  • UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək

    Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirmək şansı qazanıb.
    Bu barədə UNEC-dən məlumat verilib.
    Bildirilib ki, 11 tələbə ikili diplom proqramı çərçivəsində Fransanın Monpelye Universitetində alacaq. Onlar 4-cü kursda təhsillərini UNEC-də davam etdirərək hər iki universitetin diplomunu əldə edəcəklər.
    Yeddi tələbə isə mübadilə proqramı ilə payız semestrində İspaniya, Almaniya, İtaliya, Polşa və Rusiyanın Malaqa, Ziqen, Sapienza, Kozminski, Sankt-Peterburq universitetlərində təhsil almaq hüququ qazanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ