Eyvaz müəllim həyatını Azərbaycana, eləcədə Xocavəndə həsr etmiş bir şəxsiyyətdir. Hələ 1-ci Qarabağ müharibəsi zamanı Xocavəndin müdafiəsinin təşkil edilməsi və özünümüdafiə dəstələrinin yaradılmasında başlıca fəaliyyət göstərmiş insandır Eyvaz müəllim.
Bilirsiniz ?! İnsan insanı döyüş zamanı daha yaxşı tanıyır. Biz birlikdə vuruşub, birlikdə sevinib, birlikdə kədərlənmişik. Hələ burada qeyd etmədiyim neçə-neçə təhlükəli vəziyyətdən məhz onun peşəkarlığı və qətiyyəti sayəsində çıxmışıq.
Müharibə bitdikdən sonra isə, əhalisi müxtəlif rayonlara köç etmiş Xocavənd camaatını bir arada tutaraq rayon yaratmağı, insanların hər bir problemlərinə öz problemi kimi yanaşaraq, maraqlanmağı hərkəsin gözü qarşısında olub.
Hörmətli Eyvaz müəllim! 65 illik həyatınızın böyük qismini bizlərə - Xocavəndimizə həsr etdiyiniz üçün sizə təşəkkür edir, doğum gününüzü təbrik edirəm.
Dərin hörmətlə:
Elxan Namazov
P.S.: Təbrikə "atributinfo.az"ın baş redaktoru Bəradər Səməndərli də qoşulur və dəyərli Vətən oğlunu, Xocavəndin qayğıkeş rəhbəri, birinci Qarabağ müharibəsi veteranı Eyvaz Hüseynovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayır.

