Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı Rayon İcra Hakimiyyətində Nəsimikənd kənd Folklor evinin "Adıgün" Türk Xalq Folklor kollektivinin mükafatlandırılma mərasimi keçirilib

    Dekabrın 14-də Saatlı Rayon İcra Hakimiyyətində Nəsimikənd kənd Folklor evinin "Adıgün" Türk Xalq Folklor kollektivinin mükafatlandırılma mərasimi keçirilib.
    "Adıgün"Türk Xalq Folklor kolektivi buna respublikada keçirilmiş tədbir və festivallarda rayonumuzu uğurla təmsil etməsi, eyni zamanda "Heydər Əliyev İli" çərçivəsində Saatlı rayonunda təşkil edilmiş mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə haqq edib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə çıxış edən Saatlı RİH başçısı Elmir Bağırov Axısxa türklərindən ibarət olan Nəsimikənd kənd Folklor evinin 1970-ci ildən fəaliyyət göstərən "Adıgün" Türk Xalq Folklor
    kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, qrup rəhbərlərinə və üzvlərinə təşəkkürünü bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ