Sizin reklam burada
Sizin reklam burada
  • Dünyaya xoş gəlmisiz, Hicran xanım!

    Həyatda elə dostlar var ki, onları nəinki unutmaq olmur, hər dəfə xatırladıqca ruhun oyanır, yaşamaq həvəsin artır, duyğuların şirinləşərək ömür okeanının narın ləpələrində ilğımlara sarı üzən yelkənli qayığa bənzəyir sanki. Bu qayıq adamı gözəlliyin ənginliyində bənzərsiz anların sonsuz məkanına doğru aparır. Ayrılmaq istəmirsən bu xoş anların xatirələrindən...
    Belə dostlardan biri də sanatoriya dostum Hicran xanımdır. Hicran xanım xaraktercə pozitiv, şən, müsbət enerjili, qarşısındakına xoş ovqat bəxş etməyi bacaran, deyib gülən, çılğın insandır. Nə yaxşı ki, uca Yaradan bu zalım dünyaya belə simaları bəxş edib. Nə yaxşı ki, sizi tanımısam. Nə yaxşı ki, doğulmusuz Hicran xanım!
    Bəli, bu gün Sizin günunüzdür- doğum gününüzdür. Gəlişinizlə dünyanın rəngini dəyişmisiz, mənalandırmısız sanki.
    Qoy, yeni yaşınız sizə daha böyük uğurlar, gözəlliklər gətirsin. Sizə möhkəm can sağlığı, bol ruzi, bərəkətli ömür, mənalı həyat, sonsuz xoşbəxtlik arzulayıram! Bir daha dünyaya xoş gəlmisiz! Bir daha doğum günunüz mubarək Hicran xanım!
    Təbrikə dostlardan İlqar Mehdiyev və Goyçaydan Məzahir bəy də qoşulur

    Hörmətlə: Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ