Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb. 2012-2014-cu il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cüniçi Vada fəxri qonaq qismində yarışları izləyiblər və qaliblərin mükafatlandırılması prosesində iştirak ediblər.
Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formalaşdırmaq, cüdoçuların yarış təcrübəsini artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Bəradər Səməndərli
"Atributinfo.az"
