Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

    TƏBİB –in tabeliyində fəaliyyət göstərən Saatlı Rayon Məzkəzi Xəstəxanasının akt zalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu , Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru Pərvin Məmmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023 –cü il “Heydər Əliyev “ili elan olunub. Azərbaycan tarixinin 1960 –cı illərin axırlarından başlayaraq otuz ildən artıq bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki, həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969- 1982 ci illərdə, həm SSRİ – nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə ,həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai – siyasi , sosial – iqtisadi və mədəni həyatının bütün sahələrində onun inkişafına ximət edib, respublikamızın tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. O , Ulu Öndər Heydər Əliyevin başqa sahələrdə olduğu kimi səhiyyə sahəsinin inkişafına göstərdiyi xidmətləri xüsusi vurğulayaraq bu gün bütün sahələrdə təməli Ümummilli Lider tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə , uğurla və peşəkarlıqla davam etdirildiyini qeyd etmişdir.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ