Sizin reklam burada
Sizin reklam burada
  • "Azərxalça" İstehsalat Birliyinin sərgi salonunda "Heydər Əliyev-100" xatirə xalçasının təqdimat mərasimi keçirilmişdir

    "05 may 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi tədbirləri çərçibəsində İçərişəhərdə "Azərxalça" İstehsalat Birliyinin sərgi salonunda "Heydər Əliyev-100" xatirə xalçasının təqdimat mərasimi keçirilmişdir.
    Mərasimdə iştirak edən Milli Məclisin deputatı İltizam Yusifovla görüşüb, təəssüratlarını öyrəndik. O, dedi:
    -Təqdim olunan və xüsusi orijinallığı ilə seçilən xalçada Azərbaycan xəritəsi üzərində hər bölgənin xalça növləri və Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözləri və onun imzası 3D formatında yer alırdı.
    Daha sonra Azərbaycan Milli Xalça muzeyində mədəniyyət işçiləri, alimlər, səfirlər və çoxsaylı qonaqların iştirakı ilə baş tutan "Əsrin səlnaməsi" adlı möhtəşəm xalçanın təqdimatında Deputat həmkarlarımla birlikdə olduq.
    Dəvətə və yüksək səviyyəli təşkilatçılığa görə "Azərxalça" ASC -nin idarə heyətinin sədri Emin Məmmədova, "Azərxalça" ASC-nin İstehsalat üzrə Direktoru Əlisafa Nuriyevə təşəkkürümü bildirirəm.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ