"Atributinfo.az" xəbər verir ki, ilk öncə Laçın həsrətinə son qoyan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə sağlamlıq arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımız işğalda azad edildi. Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 30- illik Laçın həsrətinə son qoyuldu. Məcburi köçkün adı biz Laçınlılar üçün Ali Baş Komandanın dediyi kimi gorbagor oldu.
Yeni Klinikanın rəhbəri dəyərli Cavid Paşayevə bir laçınlı, keçmiş məcburi köçkün kimi təşəkkür edirəm ki, Laçın rayonunun keçmiş məcburi köçkünlərinə diqqət və qayğı görsədərək onların müayinə olunmasına təmənnasız şərait yaratdı.
Laçınlıların öz ata-baba yurdlarına 30- ildən sonra sağlam ən əsası istəklə geri dönməsilə bağlı görülən tədbirlərə Yeni Klinika da şahidlik etmək həqiqətəndə xoş oldu.
Yeni Klinikanın bütün həkimlərinə Elnur Xıdırzadəyə və işçi heyətinə Saday Ağalarova öz təşəkkürümü bildirirəm.
Yusif Şamiloğlu
Laçın rayon sakini
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
