"İstedadları tanıyaq və tanıdaq" İB-nin təşkilatçılığı ilə keçirilən görüşdə Okuklu Holdinqin direktoru Yılmaz Okuklu, Psixoloq Nailə Qasımova, ictimaiyyət nümayəndələri, məktəblilər və valideynlər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyinin müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan aparıcı gənc istedad Jalə Muradlı sözü "İstedadları tanıyaq və tanıdaq" İB-nin sədri Vüsalə Qələndərliyə verib. Təşkilat rəhbəri V.Qələndərli millət vəkili Razi Nurullayevə görüş üçün vaxt ayırdığına görə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu cür görüşlər gənclərdə yüksək nəticələrə stimul yaradır.
Millət vəkili Razi Nurullayev çıxış edərək bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. “Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına yaradılan şəraiti, onların yaradıcı potensialının üzə çıxarılması üçün göstərilən hər cür dəstəyi, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq üçün görülən işləri alqışlayırıq. Bu gün ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb və gənclərimiz öz üzərində çalışmalı, inkişaf etməlidir. Bunun üçün əlimizdən gələni etməyə hazırıq”-deyə milət vəkili vurğulayıb.
Daha sonra maraqlı diskussiya baş tutub. Gəncləri maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılıb.
Ölkənin İctimai-siyasi və mədəni həyatında göstərdiyi xidmətlərə və gənclərə dəstəyinə görə
Millət vəkili Razi Nurullayev "İstedadlı gənclərin dostu" Milli Mükafatı ilə təltif olunub. Sonda xatirə şəkli çəkdirilib.
Görüşün keçirilməsində təşkilati dəstəyə görə Okuklu Holdingin rəhbəri, iş adamı Yılmaz Okuklu ya təşəkkür edirik.
Görüşdə Çıxış edən istedadlar:
Jalə Muradlı -Aparıcı, gənc istedad
Sevindik Nəsiboğlu-Gənc yazar (15 yaşı var, 5 kitab müəllifidir)
Şuşanın dağları ansamblı və ansamblın konsermestri Ömər Nəbiyev
Cabbarova Tubuxanım - xanəndə
Xədicə Şirinova- saz ifaçısı və xanəndə
Mehdi Abbasov -Tar ifaçısı
Mamalıyev Nurbala- rəqqas
Zülfü Əsəsov- Qiraətçi
Nuriyyə Gözəlova-saz ifaçısı
Fidan Əliyeva-Qiraətçi
Almaz Quliyeva- piano ifaçısı
Nərgiz Sadıxova - ifaçı
Səid Əmrahlı-İfaçı
"Atributinfo.az"
