Sizin reklam burada
Sizin reklam burada
  • Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

    Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
    Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:
    “Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ