Tibb işçilərini salamlayan Vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən bəhs edərək bu tarixi qələbəni tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.
Adil Əliyev diqqətə çatdırıb ki, döyüş meydanında qazanılmış qələbənin ölkə başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsi nəticəsində Ağdam, Kəlbəcər, Laçın və digər şəhər və rayonlarımız bir güllə belə atılmadan geri alındı. Bu, diplomatiyamızın çox böyük uğuru idi. Vətən müharibəsində xalqımız arxa cəbhədə, igidlərimiz isə ön cəbhədəki şücaəti ilə ölkəmizin gücünü bir daha bütün dünyaya göstərdi.
Söhbət zamanıhəkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını yüksək dəyərləndirib.
Bildirib ki, həkimlərimizinsəyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir çox hərbçimizin isə müalicəsi davam etdirilir. Vitse-spiker göstərdikləri fədakarlığa və vətənpərvər mövqeyə görə bir daha tibb işçilərinəminnətdarlığını ifadə edib.
Görüşdə iştirak edən tibb işçilərionlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, yaralı hərbi qulluqçularımıza xidmət göstərməyinonların vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Tədbirin sonunda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.
