Sizin reklam burada
Sizin reklam burada
  • İxtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT

    İxtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyent və subbakalavrlara müraciət edib.
    DİM-dən verilən məlumata görə, "Abituriyent" jurnalının 4-cü nömrəsini sentyabrın 8-i günün ikinci yarısından əldə etmək mümkün olacaq.
    Bildirilib ki, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap ediləcək. Bu nömrədə, həmçinin Müdafiə Nazirliyinin xətti ilə Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiyaın Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunacaq.
    Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

    Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
    Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


    2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2020-ci il 2-ci nömrəsində dərc edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ