Milli Məclisin deputatları koronavirus testindən keçirilir
Cəmiyyət
21-06-2020, 15:11
716
Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar. Bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb. Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir. Qeyd edək ki, dünən deputat Sahib Alıyev APA-ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.