O, infeksiyanın müalicəsi üçün Böyük Britaniyadakı deksametazon steroidinin klinik araşdırmalarının nəticələrindən danışıb.
Oksford alimləri müəyyən edib ki, iltihab əleyhinə dərman olan deksametazon ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riskini 40%-dən 28%-ə endirib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.
Dərman Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənib.
"Bu, əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini və bu elmi yeniliyə töhfə verən şəxsləri təbrik edirəm”.
Deksametazon COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunub. Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.
