Bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, 82 yaşlı sənətçinin vəziyyəti parkinson xəstəliyi ilə əlaqədar ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Aktyorun dəfn mərasimi aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, Tom Lester "Santa-Barbara” serialı ilə yanaşı "Amerikansayağı sevgi”, "Çağrılmamış qonaq” və digər filmlərdə oynadığı rollarla tanınıb.
