Sizin reklam burada
Sizin reklam burada
  • Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

    Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq Müslüm Maqomayevin Bakıda ucaldılacaq heykəlini Xalq rəssamı, heykəltəraş Ömər Eldarov hazırlayacaq.
    Bu barədə Xalq rəssamı Ömər Eldarov özü deyib.
    O bildirib ki, heykəlin ucaldılacağı məkan müəyyənləşib. M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq: "Hələ ki, model hazır deyil. Heykəlin hündürlüyü 2.5 metr olacaq".
    Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ