"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə alman rejissoru Veit Helmerin Bakıda çəkdiyi “TheBra” filmi 6 dekabrda Parisdə "Qadın hüquqları və Kino" festivalında göstəriləcək.
3-6 dekabrda keçiriləcək beynəlxalq film festivalında ona yaxın ölkə təmsil olunacaq. "Qadın hüquqları və Kino" festivalı bu il ikinci ildir ki, keçiriləcək.
