Sərgini Azərbaycan Dövlət Rəsm qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik etdi və onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd etdi və sərgidə iştirakına görə təşəkkür etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov sərgi iştirakçılarını salamlayaraq onlara uğurlar dilədi. Əməkdar rəssam Rəfail Muradov və qocaman müəllim sərgi iştirakçılarna öz tövsiyələrini verdi və öz təcrübəsini bölüşdü. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərgi iştirakçılarını bahar bayramı münasbəti ilə təbrik etdi təbiətin oyanışını balaca uşaqların saf duyğularında hiss etdiyini qeyd etdi
Sərgidə bahar təravəti hiss olunan 130 uşağın 140 işi əsəri təqdim olunub.
Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olundu və fəal kollektivlər o cümlədən, 1Nömrəli UGİM, 4 Nömrəli Usaq İncəsənət Məktəbi, Art School by Rufane, Bilender tedris mərkəzi, Bileyen Tedris Merkezi, Gunxan art studiya, H . Z. Tağıyev adına Toxucu Tikiş kombinatı, H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, İncilər tədris mərkəzi, KamArt Incəsənət Qalereyası, Lenkeran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Modern tədris mərkəzi, Vector Təhsil və karyera merkəzi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.
Sərgidən seçilmiş 10 əsərin müəllifi "Azərbaycanım"Uşaq Rəsm Festivalına dəvət olacaq.
Sərgi Xətai Sənət Mərkəzində keçirildi eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.
